Tezliklə Grand Theft Auto 6-nın çıxması gözlənilir və bu oyunu müxtəlif gamerlər səbirsizliklə gözləyir.
Video oyunlar hər cür insanı cəlb edir. Onların pərəstişkarları arasında yalnız yarış simulyatorları ilə kifayətlənməyən Formula 1 pilotları da var.
Yaxınlarda Belçika Qran-prisinin kulisində çıxış edən Lyuis Həmilton özünün gamer olduğunu bildirib:
“Mən çox vaxt Call of Duty oynayıram, Assassin’s Creed və Gran Turismo xoşuma gəlir. Yeni Grand Theft Auto-nun çıxmasını səbirsizliklə gözləyirəm. GTA 6! Bəli, məhz onu gözləyirəm”, – deyə o bildirib və zarafatla əlavə edib: “Bu oyun çıxanda gərək bütün işlərimi ləğv edim.”
GTA 6-nın 2026-cı ilin may ayında çıxması gözlənilir.